Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Monronun məzarının yanındakı yer satıldı

Monronun məzarının yanındakı yer satıldı

Tarix: 3 Aprel 2024 07:30

Beverly Hills investoru Entoni Cabin Hollivudda Merilin Monronun məzarının yanındakı boş yeri alıb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, kişi hər zaman Monronun yanında olmağı xəyal etdiyini bildirərək həmin yeri hərracdan 195 min dollara alıb.

Cabin həmçinin bir vaxtlar aktrisaya məxsus çimərlik geyimini də alıb.

Eyni hərracda Monronun paltarı rekord qiymətə - 325 min dollara, dodaq boyası isə 65 min dollara satılıb.

Qeyd edək ki, aktrisa Kaliforniyada "Westwood Village Memorial Park" məzarlığında "Playboy" dərgisinin qurucusu Hyu Hefnerin yanında dəfn olunub.

Milli.Az


Etiketlər:  Monronun məzarının yanındakı yer satıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ