Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Yadplanetlilər məni elçi seçmək istəyirlər”

Tarix: 4 Aprel 2024 10:14

Müğənni Robbi Uilyams yadplanetlilərin onu Yer kürəsindəki elçiləri seçmək istədiklərini bildirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Mən yenicə "Arizona" adlı mahnı yazdım və o, yadplanetlilərlə əlaqə haqqındadır. Eyvanda dayanıb həmin mahnını oxuyurdum və birdən səmada böyük qızılı işıq topu əmələ gəldi. Düşündüm ki, bu, Venera və ya Marsdır, yaxud da buna bənzər bir şeydir. Lakin mahnı oxumağı dayandırdıqdan sonra o, yoxa çıxdı", - deyə Uilyams bildirib.

O, bundan sonra sirli işığın daha dörd dəfə geri qayıtmasına aydınlıq gətirib. Üstəlik, 50 yaşlı sənətçi iddia edib ki, bir neçə dəfə yadplanetlilərin kosmik gəmilərini yaxından görüb.

Müğənni hesab edir ki, yer üzündə yüksək populyarlıq qazandığı üçün yad irqlər onu seçib. Uilyamsın fikrincə, yadplanetlilər ondan başqa planetlərdə həyat haqqında danışmaq üçün istifadə etmək istəyirlər.

Milli.Az


Etiketlər:  Yadplanetlilər məni elçi seçmək istəyirlər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ