Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2019 09:27
Bakı. Trend:
“Herbalife Nutrition” “Bakı Marafonu 2019”a qatıldı. “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu ardıcıl dördüncü ildir təşkil olunur.
“Herbalife Nutrition”dan Trend-ə verilən məlumata görə, şirkət Bakı Marafonuna ilk dəfə olaraq bu il qatılıb. Qeyd edək ki, artıq 38 ildir fəaliyyət göstərən şirkət, ötən il Azərbaycan bazarında 5 illik yubileyini qeyd edib.
“Herbalife Nutrition” balanslaşdırılmış qidalanma sahəsində qabaqcıl şirkət olaraq, çəkiyə nəzarət və fərdi qulluq üçün məhsullar istehsal edir. Bu səbəbdən marafonda iştirak şirkətin qarşısını qoyduğu məqsədlərə çatmaq üçün irəli atılmış addım oldu. Çünki “Bakı Marafonu 2019” Azərbaycanda idmanın inkişafına dəstək vermək, sağlam həyat tərzini təşviq etmək və nəcib məqsədlər üçün insanları bir araya gətirmək kimi missiyanı qarşısına qoyub.
“Bakı Marafonu 2019” Dövlət Bayrağı Meydanından start götürərək, Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə etdi. “Herbalife Nutrition” komandasının tərkibində 53 iştirakçı yer almışdır. Ümumilikdə isə Marafonda iştirak üçün 22 320 nəfər qeydiyyatdan keçmişdir. ABŞ, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, Cənubi Afrika Respublikası, Rusiya, İtaliya, İspaniya, Türkiyə və digər ölkələrdən də Marafona qatılanlar vardı. Qaliblər 1.,2., 3. yer uğrunda mübarizə apararaq, müvafiq olaraq 3min, 2min və min manat dəyərində pul mükafatları qazandılar.
Herbalife Nutrition şirkəti haqqında:
“Herbalife” sağlam tərzi tərzi sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkət 1980-ci ildə Los-Ancelesdə təsis edilib və bu gün “Herbalife” məhsulları dünyanın 90-dan çox ölkəsində müstəqil tərəfdaşlar tərəfindən satılır. “Herbalife” artıq çəki və qeyri-sağlam qidalanmaya qarşı mübarizə aparır, bunun üçün yüksək keyfiyyətli məhsullar yaradır. Balanslaşdırılmış qidalanma sahədinfə fərdi yanaşma tətbiq edən şirkət, müştərilərinin sağlam qidalanma, çəkiyə nəzarət və sağlam həyat tərzi sürmələri üçün uyğun atmosfer yaradır.
Bu gün şirkətin dünya üzrə 8 mindən çox işçisi var. Şirkətin səhmləri Nyu-York Fond Birjasında (NYSE: HLF) satılır və şirkətin xalis satışları 2015-ci ildə 4,5 milyard dollar təşkil edib. Daha ətraflı məlumat üçün Herbalife.com və ya IAmHerbalife.com səhifəsinə daxil olub müraciət edə bilərsiniz.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin