Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gün ərzində nə qədər şokolad yemək olar?

Gün ərzində nə qədər şokolad yemək olar?

Tarix: 9 Aprel 2024 03:06

"Tünd şokolad vitamin və mikroelementlərlə zəngindir, lakin onun gündəlik olaraq istehlak edilməsi ağır ateroskleroz riskini artırır".

Hər gün bir banan yesək, orqanizm necə reaksiya verəcək?
Soğan hansı orqanlar üçün faydalıdır?
Tomat şirəsinin qan damarlarına inanılmaz TƏSİRİ

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin Fundamental tibb fənləri kafedrasının müəllimi Aleksandr Umnov danışıb.

Şokoladın tərkibində dəmir, fosfor, manqan, sink və polifenollar var - onlar toxumaların oksigenlə təminatını, yaraların sağalmasını, dırnaqların, saçların və sümüklərin böyüməsini yaxşılaşdırır. Bununla belə, şokoladda həddindən artıq şəkər və yağ ağır ateroskleroz, diabet və piylənmə riskini artırır.

Umnov hesab edir ki, şokoladlı konfetlər xüsusilə təhlükəlidir.

"Gündəlik 40 qram tünd şokolad və 20 qram südlü şokolad istehlak etmək nisbətən daha təhlükəsizdir", - deyə həkim yekunlaşdırıb.

Milli.Az


Etiketlər:  Gün ərzində qədər şokolad yemək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ