Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Faiq Ağayev buna görə evlənmir

Faiq Ağayev buna görə evlənmir

Tarix: 9 Aprel 2024 20:05

Xalq artisti Faiq Ağayev "Qapqara" verilişində açıqlamaları ilə diqqət çəkib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, aparıcının "Ananıza həddindən artıq bağlısınız. Evlənməməyinizin səbəbi budurmu?" sualına xalq artisti: "Xeyr, çünki evlənməyimin tərəfdarı və bayraqdarı anamdır. Kişi istər-istəməz həyat yoldaşını anaslıyla müqayisə edir, yemək, cəmiyyətə çıxmaq məsələsində və sair. Mən heç vaxt sevgililərimdə anamı axtarmamışam. Bəlkə də onun əksini axtarmışam", - deyə cavab verib.

"Sizin ən qara gününüz hansıdır?" sualına isə Faiq Ağayev belə cavab verib: "Yəqin ki, bıçaqlanma hadisəsi olan gün... Amma həmin gün ağ günüm də oldu. Çünki özümə gələndən sonra xəstəxanın həyətindəki izdihamı gördüm. Mənə görə namaz qılan insanlar da vardı".

Xalq artisti bines sahəsinin olmadığını da açıqlayıb: "Mən o müğənnilərdənəm ki, sənət məni dolandıracaq deyə inanıram. Heç bir binzesim olmayıb, yoxdur. Nə cəhd edib iflasa uğramışam, nə də müğənnilikdən başqa bir işin qulpundan yapışıb iş görmüşəm. Hələ nə yaşım var ki, variantlar ola bilər".

Milli.Az


Etiketlər:  Faiq Ağayev buna görə evlənmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ