Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Ermənistana zirehli texnika verə bilər

ABŞ Ermənistana zirehli texnika verə bilər

Tarix: 11 Aprel 2024 08:04

İrəvan və Vaşinqton Ermənistan tərəfinə zirehli təcili yardım maşınlarının verilməsini müzakirə edir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvin yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, tərəflər Ermənistanın hərbi sahədə ehtiyaclarını müzakirə edir və artıq bir sıra məsələlər üzrə razılığa gəliblər.

Səfir bildirib ki, Vaşinqton və İrəvan Ermənistanın müraciəti ilə münaqişə zonalarında istifadə oluna bilən zirehli təcili yardım maşınlarının tədarükü ilə bağlı danışıqları irəliyə aparmaq barədə razılığa gəliblər.


Etiketlər:  ABŞ Ermənistana zirehli texnika verə bilər


RƏYLƏR