Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kral ailəsinin ən populyar üzvü odur - FOTO

Kral ailəsinin ən populyar üzvü odur - FOTO

Tarix: 11 Aprel 2024 15:06

Uels şahzadəsi Keyt Middlton Britaniya kral ailəsinin ən populyar üzvü seçilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Britaniyanın beynəlxalq internet əsaslı bazar araşdırması və məlumat analitik şirkəti "YouGov"un keçirdiyi yeni sorğuya əsasən, britaniyalıların 76 faizi Keytə müsbət münasibət bəsləyir. Bununla da o, kral ailəsinin ən populyar üzvü seçilib. Bu göstərici ilin əvvəlindən bu yana altı ballıq artım deməkdir.

Keyt Middltonun populyarlığının artmasına səbəbi kimi bu yaxınlarda xərçəng xəstəliyinə tutulduğunu etiraf edən videomesaj yayması göstərilir.

Qeyd edək ki, Keyt Middlton Kral Çarlzın varisi, Uels Şahzadəsi Uliyamla evlidir. Onların üç övladı var.

Milli.Az


Etiketlər:  Kral ailəsinin ən populyar üzvü odur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ