Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2019 10:44
UEFA Millətlər Liqasında Avro-2020-yə son 4 vəsiqə uğrunda pley-offda mübarizə aparacaq bütün komandalar müəyyənləşib.
Qol.az xəbər verir ki, bunlar İslandiya, Bosniya və Herseqovina, Slovakiya, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya, Gürcüstan, Şimali Makedoniya, Kosova və Belarus yığmalarıdır.
Bu komandalar A, B, C və D yolunda yarımfinal və final oyunlarında iştirak edəcəklər. Hər qrupda dörd komanda olacaq və onlardan ən güclüsü qitə çempionatına vəsiqə qazanacaq.
A yolu
İslandiya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya
Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya
B yolu
Bosniya və Herseqovina - Şimali İrlandiya
Slovakiya - İrlandiya
C yolu
Şotlandiya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya
Norveç - Serbiya
D yolu
Gürcüstan - Belarus
Şimali Makedonya – Kosovo
Qeyd edək ki, yarımfinallar gələn il martın 26-da, final matçları isə 31-də keçiriləcək.