Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

54 yaşlı Cennifer mini libası ilə göz qamaşdırdı - FOTOlar

54 yaşlı Cennifer mini libası ilə göz qamaşdırdı - FOTOlar

Tarix: 16 Aprel 2024 07:08

Aktrisa və müğənni Cennifer Lopez aprelin 14-də Nyu-Yorkda təqdimat mərasimində iştirak edib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, fotoları "Daily Mail" nəşri dərc edib.

54 yaşlı Cennifer Lopez qapalı məkanda keçirilən tədbirə parlaq geyimdə gəlib.Aktrisa çəhrayı rəngli payetli mini paltarı nabuk ayaqqabı ilə uyğunlaşdırıb. Müğənni həmçinin geyimini qalın boyunbağı və sırğa ilə tamamlayıb.

Xatırladaq ki, Cennifer Lopez ayrıldıqdan 18 il sonra 2021-ci ildə Ben Affleklə yenidən bir araya gəldi. 2022-ci ilin yazında Ben Afflek müğənniyə evlilik təklifi edərək, dəyəri beş milyon dollardan baha üzük hədiyyə edib. Həmin ilin iyulunda məşhurlar Las-Veqasda gizli mərasimlə evləniblər.

Milli.Az


Etiketlər:  54 yaşlı Cennifer mini libası ilə göz qamaşdırdı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ