Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2024 12:58
Məşhur türkiyəli keçmiş futbolçu və məşqçi Arda Turanın "Barselona"da oynadığı zaman yaşadığı evin sahibi gənc məşqçinin evə ziyan vurduğunu əsas gətirərək şikayət edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ev sahibi türkiyəli futbolçunun və yaxın ətrafının evə təxminən 230 000 avro (415 000 manatdan çox) dəyərində ziyan vurduğunu bildirib. Bununla bağlı Barselona Əyalət Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.
Qeyd olunub ki, təxminən 18 milyon avro (33 milyon manata yaxın) dəyərində olan evə 230 min avro zərərin dəydiyi ekspert tərəfindən müəyyən edilib. Ev sahibi Arda Turanın evin təmizliyinə diqqət göstərmədiyini, Arda evdə olmadığı zamanlar dostlarının orada əyləncə məclisləri təşkil etdiyini deyib.
Ən böyük ziyanın da məhz bu məclislər zamanı dəydiyini bildirən ev sahibinin sözlərinə görə, evdəki pərdələrdən intim oyunlar zamanı istifadə edilib.
O, qeyd edib ki, Arda evdə olduğu zamanlarda da evin əşyalarına zərər verilib.
"Hər yerdə, hətta mebellərin üzərində siqaret izləri qalıb. Futbol izlədikləri zaman qolu kimin vurduğundan asılı olaraq televizorun pultunu hovuza atıblar. O pultun qiyməti 1000 avrodur!", - deyə ev sahibi bildirib.