Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2024 15:58
Türkiyəli məşhur sənətçi Nur Yoldaş ötən gün gəzinti zamanı pisləşərək təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Sonxeber.net azxeber.com-a istinadən xəbər verir ki, "Sultan-ı Yegâh", "Mihrimah", "Saki", "Nagehan Bustan Faslı", "Nedir Yarabbi Derdim" kimi mahnıları ilə dövrə damğasını vuran Nur Yoldaş oğlu Tunçla gəzərkən xəstələnib.
68 yaşlı müğənni tomoqrafiya, EKQ və qan analizlərindən keçib və nəticəyə uyğun müalicə olunacaq.
Yoldaş Tunç Devrim anasının səhhətindən danışıb:
"Xəstələndi və yıxıldı, mən də yanında idim, dərhal təcili yardımla xəstəxanaya gətirdik".