Tarix: 20 Noyabr 2019 12:56
Slovakiya millisinin kapitanı Marek Hamşik Avro-2020-nin seçmə mərhələsində yığmamıza qalib gəldikləri oyudan (2:0) sonra fikirlərini bölüşüb.
Qol.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında matçı qısaca olaraq belə şərh edib: “Oyunun çətin keçəcəyini və erkən qol vurmalı olduğumuzu bilirdik. Təəssüf ki, daha öncə Uelsi məğlub edə bilmədik. Əks halda Avropa çempionatına vəsiqə qazanardıq”.
Xatırladaq ki, yığmamızın mübarizə apardığı E qrupunda Xorvatiya və Uels millisi final mərhələsinə vəsiqə qazanıb.