Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2024 22:34
İsrail aprelin 15-i axşam saatlarında İrana qarşı qisas almağı planlaşdırıb, lakin hücumu təxirə salmaq qərarına gəlib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə "Axios" portalı Amerika və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Vaşinqton administrasiyasının nümayəndələrinin sözlərinə görə, İsrail qərarını ABŞ-yə çatdırıb.
Amerika rəsmisi nəşrə deyib ki, "biz bilmirik bu hansı səbəbdən baş verib. Bunun real hücuma nə qədər yaxın ola biləcəyi də məlum deyil".