Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərxoş aktrisanın sürücülük vəsiqəsi əlindən alındı - FOTO

Sərxoş aktrisanın sürücülük vəsiqəsi əlindən alındı - FOTO

Tarix: 19 Aprel 2024 18:55

2014-cü ildə "Miss Türkiyə" yarışmasında üçüncü olduqdan sonra aktrisalıq karyerasını inkişaf etdirən Aybüke Pusat yol qaydalarını pozduğu üçün cərimələnib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, aktrisa ötən gün saat 02:00 radələrində Etilerdə tıxaca düşüb. Yoxlamalar nəticəsində məşhurun sərxoş vəziyyətdə olduğu müəyyən edilib və sürücülük vəsiqəsi əlindən alınıb.

Aktrisa yol polisinin "Bir dostunuza zəng edin, gəlib maşını götürsünlər" təklifinə "Qoy burda qalsın, sabah aparacağam" deyərək taksi ilə evə gedib. Onun maşını evakuatorla polis dayanacağına aparılıb.

Milli.Az


Etiketlər:  Sərxoş aktrisanın sürücülük vəsiqəsi əlindən alındı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ