Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2024 15:22
Türkiyənin Kayseri şəhərində elçilik mərasimində silahlı insident baş verib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, hadisə zamanı 1 nəfər yaralanıb.
Məlumata görə, elçiliyə gedən şəxslə qızın ailəsi arasında naməlum səbəbdən mübahisə yaranıb.
Mübahisənin daha da şiddətlənməsindən sonra sözügedən şəxs özü ilə gətirdiyi ov tüfəngi ilə qızın qardaşını güllələyib və qaçıb.
Yaralı təcili yardımla xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.