Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fiziki təmas ağrını aradan qaldırır

Fiziki təmas ağrını aradan qaldırır

Tarix: 22 Aprel 2024 06:30

Fiziki təmas ağrı, narahatlıq və depressiyanı aradan qaldıra bilər.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, almaniyalı və hollandiyalı tədqiqatçılar bununla bağlı xüsusi araşdırma aparıblar.

Araşdırma nəticəsində alimlər fiziki təmasın təsirini anlamaq üçün 10 minə yaxın insanın iştirak etdiyi 200-dən çox araşdırmanı təhlil ediblər. Onlar müəyyənləşdiriblər ki, hətta "kiçik" və "zərif" toxunuşlar, yaş qrupundan asılı olmayaraq, onların müddəti və tezliyindən çox, ağrı, narahatlıq və depressiyaya müsbət təsir göstərir. Heyvanlarla, eləcə də insanlarla fiziki təmas psixi sağlamlıqda əsas rol oynayır.

Araşdırmada yeni doğulan körpələrlə valideynlərin təmasının vacibliyinə diqqət çəkilib, insanlar arasında fiziki təmasın sonrakı yaşlarda psixi sağlamlıq üçün vacib olaraq qaldığı qeyd edilib.

Tədqiqatçılar fiziki təmasın insanların həyatına daxil edilməsinin ümumi sağlamlığı yaxşılaşdırmaq üçün sadə və təsirli bir üsul ola biləcəyini sübuta yetiriblər.

Milli.Az


Etiketlər:  Fiziki təmas ağrını aradan qaldırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ