Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2019 19:24
"Mançester Yunayted"in futbolçuları Lyuk Şou, Aleks Tuanzebe, Nemanya Matiç zədələrini sağaldıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, sözügedən oyunçular komanda ilə ümumi məşqlərə başlayıb. Onlar İngiltərə Premyer Liqasının 13-cü turunda noyabrın 24-ü "Şeffild Yunayted"ə qarşı keçiriləcək matçda baş məşqçi Ole-Qunnar Sulşer şans verəcəyi təqdirdə, oynayacaq.
Qeyd edək ki, L.Şou avqust ayından məşqlərdə iştirak etmirdi.