Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2019 21:12
Bakı. Elçin Mehdiyev – Trend:
2019-cu ilin yanvar-oktyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 776,4 milyon manatlıq xidmət göstərib.
Trend-in məlumatına görə, göstərilən xidmətin 72,7 faizi əhali tərəfindən istehlak olunub.
2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 16,1 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,7 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 41,5 faizi və ya 737,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin