Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2019 05:44
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp "Apple"ın Çindən ona gələn malların gömrük rüsumlarından azad edilməsinin mümkünlüyünü nəzərdən keçirib.
Trend-in məlumatına görə, bunu ölkə başçısı "Apple" şirkətinin baş direktoru Tim Kuk ilə birgə Texas ştatının paytaxtı Ostində şirkətə məxsus kompüter yığma müəssisəsini ziyarət etdikdən sonra jurnalistlərə deyib.
D.Tramp əlavə edib: "Biz "Apple" şirkətinə "Samsung"la eyni münasibət bəsləməliyik".
Avqustun 20-də Donald Tramp "Apple" öz istehsalını Çindən köçürülməli olduğunu bildirib. ABŞ prezidentinin sözlərinə görə, iyulun ortalarından avqustun sonunadək ÇXR-sı xarici şirkətlərin zavodlarını Birləşmiş Ştatların gömrük rüsumları tətbiq etmədiyi ölkələrə köçürdüyü üçün 2 milyard dollar itirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin