Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2019 09:18
Bakı. Samir Əli - Trend:
Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə şəhərin Samux küçəsindəki Mingəçevir Turizm Kollecinin qarşısında qeydə alınıb.
Şəhər sakini, 1997-ci il təvəllüdlü İsmayılov Elyar İsmayıl oğlu idarə etdiyi "Mercedes Vito" markalı avtomobillə kollecin qarşısına gələrək orada işləyən tanışı Ağayev Kənan İlham oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində E.İsmayılov üzərində gəzdirdiyi bıçaqla K.Ağayevə bir neçə bıçaq zərbəsi endirib. Əraziyə çoxsaylı insanlar toplaşaraq E. İsmayılovun K. Ağayevi öldürməsinə imkan verməyib.
E.İsmayılov avtomobili ilə hadisə yerindən uzaqlaşıb.
Araşdırmalar zamanı məlum olub ki, E.İsmayılovla K.Ağayev uzun müddət yaxın dost olub, E İsmayılov son vaxtlar narkotik vasitələr və cinayətkar aləmə meyilli olduğundan K.Ağayev onu bu yoldan çəkindirməyə çalışıb. Bundan əsəbiləşən E. İsmayılov bu məqsədlə K.Ağayevi öldürmək qərarına gəlib.
Hazırda hadisəni törədən E.İsmayılovun axtarışları davam etdirilir.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin