Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mourinyonun təyinatına "Real"ın futbolçuları sevindi

Mourinyonun təyinatına

Tarix: 21 Noyabr 2019 11:12

Joze Mourinyonun "Tottenhem"in baş məşqçisi təyin olunması "Real"ın futbolçularını sevindirib.

Qol.az xəbər verir ki, bu barədə İspaniyanın "Sport" nəşri yazıb.Bildirilib ki, Madrid klubunun prezidenti Florentino Peres hazırkı baş məşqçi Zinəddin Zidanı istefaya göndərəcəyi təqdirdə, onun yerinə portuqaliyalı mütəxəssisi gətirə bilərdi. Ancaq 2010-2013-cü illərdə "Real"ı çalışdıran Mourinyonun təyinatına kapitan Serxio Ramos başda olmaqla, bir çox futbolçunun narazı olduğu bildirilirdi.

56 yaşlı çalışdırıcının "Tottenhem"ə keçməsindən sonra Madrid klubunun futbolçularının sevindiyi vurğulanıb.

 


Etiketlər:  Mourinyonun təyinatına Realın futbolçuları sevindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ