Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

Tarix: 7 May 2024 07:12

5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib.

Sonxeber.net Medicina.az-a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinən onkoloji xəstəlik olduğunu deyib:

"90% ölkələrin Səhiyyə Nazirliyinin klinik tövsiyələrinə görə, 50 yaşdan sonra kişilər hər il uroloq müayinəsindən keçməlidir. Amma əgər atada, babada prostat vəzi xərçəngi olubsa, 40-45 yaşdan profilaktik müayinələr təyin olunur.

Prostat xərçəngi iltihabdan qaynaqlanır, bunun isə ən dəqiq göstəricisi xüsusi antigen, PSA analizidir ki, qanla yoxlanır. Normada PSA qanda 2,5-5 mq-ml olmaldır.

Digər müayinələr USM, sidik analizi, rektal müayinə, lazım gələrsə KT-dir.

Əgər kişidə sidiyə getmədə çətinlik, yanma hissi, gecələr tualetə getmə varsa, ağrı, arıqlama olursa, mütləq onkoloqa müraciət edilməlidir.

Prostat xərçəngi risk qrupu: metobolik sindrom, piylənməsi olanlar, diabet xəstələri, xolesterin, vəzin hiperplaziyası, testosteron pozulması, irsi genetik meyil".


Etiketlər:  yaşdan sonra prostatdan yoxlanmaq lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ