Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2024 18:21
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi"nin 1.6-cı bəndində "üzərində öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, loqotipi (emblemi)" sözləri "öz adı və "Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları" sözləri ilə əvəz edilib.