Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avstriya NATO-ya üzv olmayacağını açıqlayıb

Avstriya NATO-ya üzv olmayacağını açıqlayıb

Tarix: 7 May 2024 23:50

Rəsmi Vyana NATO ilə əməkdaşlığı artırmaqla alyansa üzv olmaq niyyətində deyil.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu sözləri Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Avstriya digər neytral dövlətlərlə - İrlandiya, Malta və İsveçrə ilə məlumat mübadiləsi qurur.

Xatırladaq ki, "Die Presse" qəzeti Avstriya, İrlandiya, Malta və İsveçrədən ibarət dörd neytral Avropa dövlətindən ibarət bir qrupun 2023-cü ilin sonunda Şimali Atlantika Alyansına geniş əməkdaşlıq təklifi ilə məktub göndərdiyini bildirmişdi.

Nəşrin məlumatına görə, Finlandiya və İsveç NATO-ya daxil olduqdan sonra bu dövlətlər VEP4 (dörd Qərbi Avropa tərəfdaşı) kimi quruplaşmaq niyyətindədirlər.


Etiketlər:  Avstriya NATO üzv olmayacağını açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ