Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2024 10:54
Bu gün İsveçin Malmö şəhərində 68-ci "Avroviziya" mahnı müsabiqəsinin finalı olacaq.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, 26 ölkə təmsilçisi qalibiyyət uğrunda mübarizə aparacaq.
Finala vəsiqə qazanan ölkələr İsveç, Almaniya, İspaniya, Böyük Britaniya, Fransa, İtaliya, Latviya, Avstriya, Niderland, Norveç, İsrail, Yunanıstan, Estoniya, İsveçrə, Gürcüstan, Ermənistan, Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksenburqdur.
Qeyd edək ki, Ölkəmizi yarışmada Fahree və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyib.