Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2019 12:00
“MTA Fiber Holdings” şirkəti Alyaskanı ABŞ-ın kontinental hissəsi ilə birləşdirəcək ilk və yeganə yerüstü optik-lif xətti çəkmək niyyətindədir. Hazırda Alyaskada əksər internet qoşulmaları sualtı kabellər və ya peyk şəbəkələri vasitəsilə həyata keçirilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, optik-lif telekommunikasiya kabelinin çəkilişi üzrə layihə Alyaska sakinləri üçün vacib əhəmiyyət kəsb edir. Bundan başqa, onun həyata keçirilməsi ştatda genişzolaqlı internetə çıxış imkanını artıracaq. Rəsmi məlumatlara görə, yeni şəbəkə yalnız internet trafikinin ötürülməsi üçün istifadə ediləcək. Kanalın ilkin buraxılış qabiliyyəti 100 Tbit/saniyə təşkil edəcək. Gələcəkdə zərurət yaranacağı təqdirdə kanalın tutumunun genişləndiriləcəyi gözlənilir.
Şirkət artıq 2020-ci ildə tamamlanacaq layihəni həyata keçirməyə başlayıb. Şirkət rəhbərliyi bildirib ki, Alyaska sakinləri uzun müddətdir rabitənin keyfiyyətini yaxşılaşdırmağa çalışırlar və tezliklə onların bu inadkarlığı öz bəhrəsini verəcək.
Nizam Nuriyev