Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2024 21:08
Çexiyada polis Rusiya Baş Kəşfiyyat İdarəsinin məxfi xidmətinin generalı Andrey Averyanovu axtarışa verib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Çexiya polisi onun 2014-cü ildə ölkənin şərqindəki Vrbetiça kəndindəki silah-sursat anbarlarında törədilən partlayışlarda əli olduğunu iddia edir.
Polisin məlumatına görə, Zlin vilayətinin Vrbetiça kəndindəki anbarlarda partlayışların təşkilatçıları Averyanovun "bölmə zabitləri", Aleksandr Mişkin və Anatoli Çepiqa olub.
Qeyd edilir ki, Rusiya kəşfiyyatı guya silah şirkəti "Imex Group"un işi barədə məlumatı onun əməkdaşı olan Nikolay Şapoşnikovdan alıb. Şapoşnikov agentlərə anbarlara baş çəkmək üçün də icazə verib.
Aprelin sonunda Çexiya polisi Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini ölkədəki silah-sursat anbarlarında baş verən iki partlayışda iştirakda ittiham edib. Söhbət 2014-cü ilin sonunda Almaniyanın "İmex" şirkətinin Vrbetiçadakı sursat anbarlarında baş vermiş partlayışlardan gedir. Orada yerləşən mərmilər Ukraynaya satış üçün nəzərdə tutulub. Partlayışlar nəticəsində dəyən ziyan bir milyard krondan çox olub.