Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

Tarix: 13 May 2024 08:42

Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib.

Həkimin sözlərinə görə, yüksək qan təzyiqi həmişə başgicəllənməyə və ya qulaqlarda cingiltiyə səbəb olmur. İnsan uzun illər hipertoniyadan xəbərsiz yaşaya bilər. Hipertoniya riski 65 yaşdan yuxarı insanlarda, həmçinin piylənmədən əziyyət çəkən, oturaq həyat tərzi keçirən və ya spirtdən sui-istifadə edən hər kəsdə artır.

"120/80-dən aşağı qan təzyiqi normal hesab olunur, daha yuxarı göstəricilər isə insult, infarkt, böyrək problemləri və digər problemlərə səbəb ola bilər. Təzyiqə nəzarət bu fəsadlardan qorunmağa kömək edir. Bəzi hallarda, dərman olmadan həyat tərzinizi dəyişdirmək, məsələn, çəki itirmək kifayətdir", - o bildirib.
Malinovskaya qeyd edib ki, qan təzyiqi yüksəldikdə bunun səbəbini tapmaq lazımdır.

"Hipertoniya ürəyin, qalxanabənzər vəzin, böyrəküstü vəzilərin işinin pozulması, böyrək problemləri, endokrin şişlər nəticəsində yarana bilər", - deyə həkim vurğulayıb.


Etiketlər:  İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ