Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2024 14:28
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqla görüşüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Armenpress" yayıb.
Bildirilir ki, tərəflər görüş zamanı Ermənistanla ATƏT arasında əməkdaşlıq, Cənubi Qafqazda baş verən hadisələr, eləcə də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.
Qeyd edək ki, Yan Borq sabah Azərbaycana səfər edəcək.