Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2024 08:20
Avroviziya-2024 mahnı müsabiqəsinin niderlandlı iştirakçısı Yost Klyayn etdiyi təhdidlərə görə cinayət təqibinə məruz qala bilər.
Sonxeber.net kult.az-a istinadən xəbər verir ki, polis istintaqı əsasən başa çatıb, ilkin məhkəmə baxışı artıq müəyyən edilib.
Yost Klyayn Avropa Yayım Birliyinin əməkdaşına qarşı qanunsuz təhdidlər etməkdə şübhəli bilinir ki, bu da hökm çıxarıldıqda cərimələrə səbəb ola bilər.
İşə "sürətləndirilmiş məhkəmə təqibi" çərçivəsində baxılır, yəni polis müdaxilədən dərhal sonra cinayəti araşdırır. "Sürətləndirilmiş təqib" çərçivəsində şübhəlinin sənədləşmə işlərində iştirak etməli olduğu vaxt da göstərilir. Bu müddət başa çatdıqdan sonra iş prokurora verilir.
Yost Klyayn saxlanılmayıb və ötən bazar günü, mayın 12-də İsveçi tərk edib.