Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tbilisidə mitinqə Aİ ölkələrinin parlamentlərinin komitə sədrləri gəlib

Tbilisidə mitinqə Aİ ölkələrinin parlamentlərinin komitə sədrləri gəlib

Tarix: 14 May 2024 22:16

Gürcüstanın paytaxtı Tbilisinin Rustaveli prospektində keçirilən mitinqə Avropa İttifaqına (Aİ) üzv olan bir neçə ölkənin parlamentinin xarici əlaqələr komitələrinin sədrləri gəlib.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, hazırda Almaniya parlamentinin xarici əlaqələr komitəsinin sədri Mixael Rot etiraz aksiyası iştirakçılarına müraciət edir.

Qeyd edək ki, Gürcüstan parlamenti bu gün "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Yeri gəlmişkən, Birləşmiş Ştatlar Gürcüstanı "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qəbuluna görə məsuliyyət daşıyanlara qarşı sanksiyalarla hədələyib. Bu barədə isə ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə əlaqələndirmə ofisinin rəhbəri Cim O Brayen Tbilisidə keçirdiyi brifinqdə deyib.


Etiketlər:  Tbilisidə mitinqə ölkələrinin parlamentlərinin komitə sədrləri gəlib


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR