Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əhalinin milli valyutada olan əmanətləri 24,1 faiz artıb

Əhalinin milli valyutada olan əmanətləri 24,1 faiz artıb

Tarix: 22 Noyabr 2019 09:21

Bakı. Elçin Mehdiyev - Trend:

2019-cu il oktyabr ayının 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 8 milyard 605,3 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, əmanətlərin 55,7 faizi xarici, 44,3 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 24,1 faiz artıb, xarici valyutada əmanətlər isə 6,5 faiz azalıb.

2019-cu il oktyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli isə milli valyuta ekvivalentində 14 milyard 211,3 milyon manat təşkil edib, onun 11 milyard 563,1 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 10,2 faizini təşkil edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əhalinin milli valyutada olan əmanətləri faiz artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ