Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qvardiolanın bu hərəkəti gündəm oldu - VİDEO

Qvardiolanın bu hərəkəti gündəm oldu - VİDEO

Tarix: 15 May 2024 15:42

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ötən gün "Totenham"la (2:0) keçirilən oyunda etdiyi hərəkətlərlə gündəmə gəlib. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, çalışdırıcı emosional hərəkətləri ilə diqqət çəkib.  

Belə ki, matçın 86-cı dəqiqəsində rəqib komandanın futbolçusu Son Hin Min topu şəhərlilərin oyunçusu Akanjidən alaraq hücuma keçib.

Qvardiola topun qapıya keçəcəyindən həyəcanlanaraq emosiyalarını saxlaya bilməyib və yerə uzanıb. Çalışdırıcı topun qapıya keçmədiyini gördüyü zaman ayağa qalxıb.

Həmin görüntüləri təqdim edirik: 

Milli.Az


Etiketlər:  Qvardiolanın bu hərəkəti gündəm oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ