Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qara sarımsağın faydaları

Qara sarımsağın  faydaları

Tarix: 16 May 2024 13:57

Uzaq Şərq mətbəxində tez-tez rast gəlinən və faydalarına görə Avropada geniş istifadə edilən qara sarımsağın faydalarını bilirsinizmi?

Sonxeber.net unikal-a istinadən xəbər verir ki, bir çox faydası olan bu qida Koreya və Çində uzun ömrün sirri kimi tanınır. 45 ilə 60 gün arasında müəyyən rütubət və temperaturda saxlanılaraq nəzarətli şəkildə qurudularaq əldə edilən bu sarımsağın ən əhəmiyyətli xüsusiyyəti qoxusuz olmasıdır.

Onun dadı adi sarımsaqdan daha şirin olur və ağız qoxusuna səbəb olmur. Antiseptik xüsusiyyətləri sayəsində bədəni qoruyur. Həm də xroniki xəstəliklərə, qan dövranı sistemi xəstəliklərinə və Alzheimer xəstəliyinə qarşı qoruyucudur.

Ağ sarımsaqda 0,30 mq/q olan bu maddə qara sarımsaqda 5,80 mq/q-a qədər yüksəlir. Yəni təxminən 20 dəfə çoxdur. Bu maddə diabet və infeksiyalara qarşı mübarizə aparır. Mövsümi keçidlərdə xəstələnməmək üçün immun sistemimizi gücləndirən qidalara ehtiyacımız var. Qara sarımsaq bu xüsusiyyəti ilə imdadımıza çatan qidalar arasındadır.

Yüksək antioksidan gücü ilə bədəni sərbəst radikallardan qoruyur. Qara sarımsaq da təbii immun hüceyrələrimizi artırmağa kömək edir.


Etiketlər:  Qara sarımsağın faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ