Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2024 12:35
Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacızadə həyat yoldaşı ilə bağlı paylaşım edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, o, Krifstoferin ad günü olduğunu vurğulayıb. Suada birlikdə olan fotolarını yayımlayaraq, həyat yoldaşını bu sözlərilə təbrik edib:
"Bu, həyat yoldaşımın 37-ci ad günüdür. Həyatımda olduğuna və bu ömrü səninlə bölüşdüyümə görə minnətdaram. Səni çox sevirəm! Hər zaman xoşbəxt olaq".
Qeyd edək ki, Kristofer və Suada 2021-ci ildə Türkiyədə ailə qurublar.