Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeganə Axundova Talinn şəhərində konsert proqramı ilə çıxış edib - FOTOlar

Yeganə Axundova Talinn şəhərində konsert proqramı ilə çıxış edib - FOTOlar

Tarix: 20 May 2024 21:12

Azərbaycan Respublikasının Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova 18 may 2024cü il tarixində Estoniyanın Talinn şəhərində konsert proqramı ilə çıxış edib.

Estoniya musiqi və Teatr Akademiyasının böyük zalında baş tutan konsertdə Yeganə Axundova ilə birgə Estoniyanın tanınmış musiqiçiləri, Akademiyanın professorları  Henri David Varema, Arvo Leibur, Toomas Vavilov və Azərbaycanlı musiqiçi  Humay Hacızadə də iştirak etmişlər. Konsertdə Azərbaycanın Estoniyadakı Səfiri Anar Məhərrəmov, Estoniya musiqi və teatr Akademiyasının rektoru, professor İvari İlya, Estoniya və Azərbaycan Diasporasının sədri Niyazi Hacıyev, Estoniyalı və Azərbaycanlı dinləyicilər  konsertdə iştirak ediblər.

Konsert proqramında İ.Brahms, Q.Mahler, Eston bəstəkarı E.Magi və Azərbaycan bəstəkarları Ü.Hacıbəyli, F.Əmirovun əsərləri yer almışdır. Yeganə Axundova Fikrət Əmirovun piano üçün "12 miniatür" silsiləsini video görüntülərin nümayişinin  müşayiəti ilə ifa edərkən dinləyicilərə təqdim etmişdir. Konsert bütün dinləyicilərin böyük rəğbəti və alqışları ilə başa çatmışdır. Pianoçu, professor Yeganə Axundova ərsəyə gətirdiyi Fikrət Əmirovun fortepiano əsərləri toplusundan ibarət və Grammy mükafatının BEST CLASSICAL COMPENDIUM kategoriyasında longlistə daxil olmuş diskini Estoniya Musiqi və Teatr Akademiyasına hədiyyə etmişdir.

Bundan əlavə Yeganə Axundova beynəlxalq layihə olan Erasmus+ proqramı ilə işçi müqaviləsi çərçivəsində Talinn şəhərində Estoniya musiqi və teatr Akademiyasının piano fakültəsinin tələbələrinə ustadlıq dərsi vermişdir. 

Yeganə Axundova dərs prossesi zamanı tələbələrlə tanışlıq söhbətləri apararaq, onlara piano sənətinin incəliklərini, ustadlıq sirlərini anlatmış, məsləhətlər vermişdir. Ustadlıq dərsi zamanı professor Yeganə Axundova həmçinin tələbələr üçün ifalar etmişdir və  seçilmiş əsərlərin üzərində nümunələr göstərmişdir. O Azərbaycan piano məktəbi haqqında ətraflı danışaraq, Estoniya Akademiyasının tələbələrini Azərbaycan musiqi mədəniyyəti haqqında məlumatlandırmışdır.

Milli.Az


Etiketlər:  Yeganə Axundova Talinn şəhərində konsert proqramı ilə çıxış edib FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ