Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gündə bir ovuc fındıq yesəniz...

Gündə bir ovuc fındıq yesəniz...

Tarix: 22 May 2024 20:57

Fındıq zövq alaraq yediyimiz ləzzətli çərəzlər sırasındadır. Bəs bu çərəzin sağlamlığa faydaları haqqında nə bilirik?

Milli.Az baku.ws-ə istinadən bu möcüzəvi qidanın bilmədiyiniz faydalarını təqdim edir.

Sinirləri gücləndirir: Fındıq B vitaminləri ilə zəngindir. Bu vitaminlər sinir sisteminin sağlam işləməsi üçün lazımdır.

Diabet riskini azaldır: Fındığın tərkibindəki lif və yağ turşuları qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir. Bu, diabet riskini azaldır.

Xolesterolu azaldır: Fındıqdakı mono doymamış yağ turşuları LDL (pis) xolesterolu azaltmağa və HDL (yaxşı) xolesterolu yüksəltməyə kömək edir.

Xərçəngdən qoruyur: Fındığın tərkibindəki antioksidantlar sərbəst radikalların yaratdığı hüceyrə zədələnməsinin qarşısını alır. Bu da xərçəngdən qorunma təmin edir.

Qəbizliyin qarşısını alır: Fındıqdakı lif bağırsaq hərəkətlərini tənzimləməyə və qəbizliyin qarşısını almağa kömək edir.

Yaşlanmanın qarşısını alır: Fındığın tərkibindəki antioksidantlar və E vitamini dəri hüceyrələrini qocalmadan qoruyur.

Gündə bir ovuc (təxminən 30 qram) fındıq istehlak etmək sağlamlıq üçün faydalıdır.

Milli.Az


Etiketlər:  Gündə bir ovuc fındıq yesəniz


RƏYLƏR