Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2024 01:22
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin Moskvaya çağırılmasını şərh edib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
"Səfirlər vaxtaşırı məsləhətləşmələr üçün gəlirlər", - Lavrov vurğulayıb.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən sənəddə deyilir ki, mayın 24-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb.