Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2024 07:30
Ermənistan Baş naziri Nikol Paşinyan təhlükəsizlik qüvvələri ilə məsləhətləşib və son anda xalqa müraciətindəki mətnin mühüm hissəsini çıxarıb.
Sonxeber.net globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "ArmLur.am" nəşri məlumat dərc edib.
Nəşrin iddiasına görə, Paşinyan öz müraciətində əslində hazırlaşdığı məsələlərdən başqa hər şeydən danışıb.
"O, delimitasiyaya mane olan qüvvələrdən, hətta fövqəladə vəziyyət elan etmək istəyindən də danışmağa hazırlaşırdı. Lakin son anda təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə məsləhətləşib və onlar fövqəladə vəziyyətin tətbiqi ideyasından danışmamağı məsləhət görüblər. Beləliklə, Paşinyan xalqa mesajının böyük hissəsini "Vətən uğrunda" hərəkatına həsr etmək niyyətində olsa da, son anda fikrindən daşınıb və mətnin bu hissəsini hazırladığı yazılı müraciətdən çıxarıb. Eyni zamanda Paşinyan açıq siqnal verib ki, bazar günü keçiriləcək mitinqdə nə qədər adam toplaşsa da, nəyin bahasına olursa-olsun delimitasiya prosesini başa çatdıracaq", - nəşr yazıb.