Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2024 08:52
Tanzaniyanın şərqində şəkər fabrikində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Xinxua" agentliyi məlumat yayıb.
Moroqoro zavodunda partlayış istilik sistemindəki elektron nasazlıq sonucunda baş verib. Bundan əvvəl Keniya, Hindistan və Braziliya vətəndaşları da daxil olmaqla zavodun 11 əməkdaşının öldüyü bildirilirdi.
Yanğınsöndürmə və Xilasetmə Xidmətinin sözçüsü Şaban Maruquco "Mwananchi" nəşrinə açıqlayıb ki, dərhal axtarış-xilasetmə əməliyyatı başlayıb və insident araşdırılır.