Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Masallı sakini Bakıda odlu silahla yaxalandı

Masallı sakini Bakıda odlu silahla yaxalandı

Tarix: 22 Noyabr 2019 22:12

Bakı. Samir Əli - Trend:

Bakıda silahlı şəxs yaxalanıb.

Trend-in məlumatına görə, hadisə Yasamal rayonu ərazisində baş verib. Polisə rayon ərazisində silahlı şəxsin olması barədə məlumat daxil olandan sonra ərazidə əməliyyat keçirilib.

Keçirilən əməliyyat nəticəsində Yasamal rayonu, İnşaatçılar prospekti 36 saylı binanın qarşısında Masallı rayonu, Mollaoba kənd sakini, 1975-ci il təvəllüdlü Əliyev Famil Xanəli oğlu saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan 12 kalibrli, qundağı və lüləyi kəsilmiş İJB-47 model qoşalülə ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Masallı sakini Bakıda odlu silahla yaxalandı


RƏYLƏR