Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Top-5 liqalarında ən sürətli futbolçular məlum olub - SİYAHI

Top-5 liqalarında ən sürətli futbolçular məlum olub - SİYAHI

Tarix: 27 May 2024 10:20

Top-5 liqalarında ən sürətli oyunçuların reytinqi açıqlanıb.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bu, "Givemesport" tərəfindən dərc edilib.

Reytinqin lideri Madrid "Real"ının mərkəz müdafiəçi Antonio Rudiger olub. Alman futbolçu iyunun 1-də Çempionlar Liqasının finalında qarşılaşacağı "Borussiya"nın (Dortmund) oyunçusu Kərim Adeyemidən sürət baxımından bir az üstün olub.

"Çelsi"nin şərəfini qoruyan ukraynalı Mixail Mudrik isə ilk "üçlüy"ü qapayır. Oyunlardan birində o, saatda 36,63 km sürət yığmağı bacarıb.

"10-luq"

1. Antonio Rudiger ("Real") - 36,7 km/saat

2. Kərim Adeyemi ("Borussiya") - 36,65

3. Mixail Mudrik ("Çelsi") - 36,63

4. Entoni Qordon ("Nyukasl") - 36,61

5. Usman Dembele (PSJ) - 36,6

6. Adama Traore ("Fulhem") - 36,6

7. Məhəmməd Salah ("Liverpul") - 36,6

8. Darvin Nunes ("Liverpul") - 36,53

9. Mussa Diabi ("Aston Villa") - 36,52

10. Rafael Leao ("Milan") - 36,5


Etiketlər:  liqalarında sürətli futbolçular məlum olub SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ