Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səfərdə olduğu ölkədə Putinə sürpriz: Prezident evinə apardı, gecəni qaldı, səhər...

Səfərdə olduğu ölkədə Putinə sürpriz: Prezident evinə apardı, gecəni qaldı, səhər...

Tarix: 28 May 2024 17:42

Rusiya Prezidenti Vladimir Putinin Özbəkistana səfəri zamanı iki ölkənin liderləri arasında məzmunlu söhbətlər üçün çoxlu mövzular olub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, danışıqlar gecə saat üçə qədər davam etdiyi üçün Özbəkistan Prezidenti Şavkat Mirziyoyev rusiyalı həmkarını evinə dəvət edib: "Dünən ikisi təxminən gecə saat üçə qədər danışdılar. Özbəkistan prezidenti dövlət başçısını yaşadığı evə dəvət elədi. Bu, tamamilə məxfi ünsiyyətdir, əsl şəxsi dostluqdur".

Peskov qeyd edib ki, səfərin üçüncü - əlavə günündə iki ölkə liderləri hava limanına yola düşməzdən əvvəl birlikdə səhər yeməyi yemək qərarına gəliblər.

Rusiya rəsmisi Putinlə Mirziyoyev arasında yaxşı münasibətlərin olduğunu söyləyib. Onun fikrincə, aralarındakı söhbət və Putinin səfəri buna görə uzanıb.

"Bu, boş məsələ deyil, hər şeyin praktiki əhəmiyyəti var və ən ciddi məsələlər müzakirə olunur. İkitərəfli münasibətlərin əhatə dairəsi və gündəliyi o qədər məzmunlu, o qədər konkret və o qədər genişdir ki, dövlət başçıları tərəfindən kifayət qədər ətraflı müzakirələr tələb olunur. Bu, həm də Rusiya nümayəndə heyətinin görünməmiş böyük tərkibi ilə izah olunur", - Peskov bildirib.

Rusiya Prezidenti Vladimir Putinin Daşkəndə dövlət səfəri mayın 26-27-də planlaşdırılıb. Amma səfər bir gün uzanıb. Bu müddət ərzində Rusiya və Özbəkistan liderləri arasında danışıqlar bir neçə raundda keçirilib. Səfər zamanı 27 sənəd imzalanıb.

Milli.Az


Etiketlər:  Səfərdə olduğu ölkədə Putinə sürpriz Prezident evinə apardı gecəni qaldı səhər


RƏYLƏR