Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sabah”ın oyunçusundan nümunəvi addım

“Sabah”ın oyunçusundan nümunəvi addım

Tarix: 23 Noyabr 2019 11:28

“Sabah”ın oyunçusu Hendrik Ekşteyn vətəni Cənubi Afrikada futbol turniri keçirəcək.

Qol.az xəbər verir ki, turnir 24 dekabr – 30 dekabr aralığında keçiriləcək. 17 yaşadək futbolçular arasında 16 komandanın iştirak edəcəyi yarışın qalibinə pul mükafatı veriləcək.

Cənubi Afrika mətbuatı yazır ki,  Ekşteyn bununla ölkəsinin futboluna töhfə vermək istəyir.

Hendrik Ekşteyn Fondunun rəsmi nümayəndəsi bildirib ki, futbolçu özü də vətəninə gələrək açılışda iştirak edəcək.

 


Etiketlər:  Sabahın oyunçusundan nümunəvi addım


RƏYLƏR