Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çiyələklə bağlı xəbərdarlıq: Yedikdən sonra…

Çiyələklə bağlı xəbərdarlıq: Yedikdən sonra…

Tarix: 30 May 2024 00:12

Çiyələk bəzi insanlarda allergik reaksiyalara səbəb olur.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumatı Kliniki Tibbi Mərkəz yayıb.

Bildirilib ki, bu allergik reaksiya orqanizmin çiyələyin tərkibindəki zülallara qarşı həssaslığı nəticəsində yaranır:

"Çiyələk allergiyasının simptomları müxtəlif olur. Bu allergiya ağızda və boğazda qaşınma, dodaqların və dilin şişməsi, dəri səpgiləri, qızartı və qaşınma, sulu və qaşınan gözlər, burun tıxanıqlığı və asqırma və s. kimi simptomlarla özünü göstərir.

Çiyələk qəbul etdikdən dərhal sonra və ya bir neçə saat ərzində bu əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunarsa, mütləq həkimə müraciət etmək lazımdır".


Etiketlər:  Çiyələklə bağlı xəbərdarlıq Yedikdən sonra


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ