Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belarus nüvə silahından istifadəyə hazırdır

Belarus nüvə silahından istifadəyə hazırdır

Tarix: 3 Iyun 2024 08:22

Belarus hərbçiləri qeyri-strateji nüvə silahlarından istifadə üzrə təlimlərin tam dövrəsini uğurla başa vurub.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanının müavini Leonid Davidoviç STV telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Belarus ekipajları və mühəndis heyəti uzun müddət həm nəzəri, həm də praktiki hazırlıq keçib:

"Bütün nəzarət tədbirləri, təlimlər və yoxlamalar mütəmadi olaraq həyata keçirilir. Biz daim müxtəlif şəraitlərdə ssenarilər tətbiq edirik, bəzən təlim yerlərini və ya mühiti dəyişirik. Ekipajlar hazırdır, mühəndislər hazırdır, təyyarələr çoxdan hazırlanıb", - Davidoviç vurğulayıb.


Etiketlər:  Belarus nüvə silahından istifadəyə hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ