Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2019 17:52
"İki fərqli hissə izlədik. İkinci yarıda hər bir kollektivin qələbə qazanmaq şansı oldu. Matçın qırılma anı rəqibin azlıqda qalması və bizim dəyişiklik etməyimiz idi".
Qol.az-ın məlumatına görə bu sözləri "Sabah"ın məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 12-ci turunda "Səbail"ə səfərdə 3:1 hesabı ilə qalib gəldiklərioyundan sonra mətbuat konfransında deyib.
O bildirib ki, bu gün iki qol vuran Ulise Diallonun günü olub: "Bizdə olan mərkəz hücumçuları Rocer Roxas və Ulise Diallo eyni səviyyədədir. Roxas çox şans qazana bilmirdi. Bu dəfə məşqdə özünü göstərdi və əsas heyətə düşmək şansı əldə etdi. Hər əvəzetmədə baş məşqçi ilə məsləhətləşirik. Məşqlərdə Dialloya deyirdik ki, hücumçusan hər şeyə hazır olmalısan. Təşəkkür əlaməti olaraq qoldan sonra mənə yaxınlaşdı".