Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yüzlərlə F-15 Rusiyaya doğru uçarsa… - Makqreqor

Yüzlərlə F-15 Rusiyaya doğru uçarsa… - Makqreqor

Tarix: 6 Iyun 2024 01:10

Rusiya nüvə silahı daşıya bilən döyüş təyyarələrinin havaya qalxacağı NATO hava bazalarını məhv edə bilər.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor Qərb qoşunlarının Ukraynaya göndəriləcəyi halda yaranacaq vəziyyəti şərh edərkən deyib.

"Ruslar bizə xəbərdarlıq etdilər: "Əgər ərazimizə hücum etsəniz, cavab vermək hüququmuz var". Konkret olaraq, biz F-15-ə çox güvənirik. Bu, əla maşındır, böyük bombardmançıdır və ruslar onun nüvə silahı daşıya biləcəyini bilirlər. Ukraynadakı qoşunlarımızı dəstəkləmək üçün çoxlu sayda təyyarədən istifadə etməli olacağıq. Əgər ruslar bu F-15-lərin onlara doğru uçduğunu görsələr, yəqin ki, bütün aerodromlarımızı vurmalı olacaqlar", - o bildirib.

Makqreqorun fikrincə, ABŞ-ın təcavüzü halında Rusiya ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı aviabazalarını taktiki nüvə başlıqları ilə məhv etməyə məcbur olacaq.


Etiketlər:  Yüzlərlə Rusiyaya doğru uçarsa Makqreqor


RƏYLƏR