Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2019 13:00
Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin çıxış etdiyi “Ximki” Rusiya çempionatının 1-ci divizionunda 25-ci turun oyununa çıxıb.
Qol.az xəbər verir ki, səfərdə “Krasnodar”ın əvəzediciləri ilə qarşılaşan komanda heç-heçə edib (2:2).
Kamran da bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra - 46-cı dəqiqədə meydana buraxılıb. Komandasının ikinci qolunu da Əliyev vurub. O, hesab 1:2 olarkən – 85-ci dəqiqədə fərqlənib. Bununla da azərbaycanlı forvard cari mövsümdə vurduğu qolların sayını 8-ə çatdırıb.
“Ximki” 25 turdan sonra 50 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.