Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2024 17:25
"Bəzən deyirlər, sən bu bədənlə iş görənsən, tərpənə bilirsən? Bədənim haqqında çox danışırlar. Bu, acığıma gəlir. Düşünürəm ki, hər kəsin qohum-əqrabasında çəkili insanlar var. Mənim üçün bu dəqiqə vacibi canımın sağ olmasıdır. Əli (Xuraman Əlizadənin oğlu - red.) bir az nasazdır. Onun bu dəqiqə sağalması, evimdə dincliyin olması, həyat yoldaşımın evə girəndə bizimlə maraqlanması, bir tikə rumizin olması mənim üçün milyonlardır. Allaha and olsun, başqa heç nə istəmirəm. Villa arzulamıram".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Xuraman Əlizadə "Həftənin qonağı" verilişində qonaq olarkən deyib. O, artıq çəkisi səbəbindən heç vaxt mədəkiçiltmə əməliyyatı etdirməyəcəyini vurğulayıb:
"Sağlamlığım hazırda yerindədir. Hər kəsdə olan şeylər var. Allah pis xəstəliklərdən qorusun. Əməliyyat etdirmərəm, qorxuram. Həyat yoldaşım da razı deyil. Bu yaxınlarda onunla söhbət etdik. Dedi, artıq arıqlamalısan. Çünki sağ dizimdə problemim var. Amma söylədi ki, mədəkiçiltmə ilə yox. Dur gəz, yeməyinə fikir ver. Demirəm, qorxunc əməliyyatdır, edənlər var. Amma mənlik deyil. Mən analiz verməyə belə getməyə qorxan adamam. Gedəndə həkimin başına oyun açıram. Panikataqım var. Düşünürəm ki, gedib analiz verərəm, orada pis nəsə çıxar. Ona görə deyirəm, qoy, həyat öz axarı ilə davam etsin. Qoy, köklükdən dünyamı dəyişim, lakin bu əməliyyatla yox. Pəhriz saxlamıram. Elə bilərlər hər oturanda bir çörəyi yeyirəm, yox. Evə 2 çörək alınır. Evdə həyat yoldaşım, mən, oğlum və bir qohumumuz bizdə qalır. Çörək bizə 4 gün bəs edəcək. Nənəm də belə idi. Kasıbçılıq idi, amma kök idi. Onun da mənim kimi ayaqları şişirdi".